Aprel ayında yəmənli snayperçilər ölkələrinə təcavüz etmiş 64 səudiyyəli zabit və əsgəri öldürüb 05 May 2017 01:00 Yəmən Yəmən qüvvələri aprel ayında 64 səudiyyəli əsgər və zabiti Yəmən torpaqlarında öldürüb. Maide.Az xəbər verir ki, "Əl Məsirəh" kanalı maraqlı bir statistik məlumat yayıb. Məlumat Yəmən ordusunun snayperləri haqqındadır. Məlumatda bildirilir ki, yəmənli snayperçilər aprel ayı ərzində Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzünə cavab olaraq 64 səudiyyəli əsgər və zabiti Yəmən torpaqlarında öldürüb. Səudiyyə Ərəbistan rejimi 2015-ci ilin mart ayının 26-dan BMT-nin icazəsi olmadan qanunsuz olaraq öz müttəfiqi, fərari prezident Mənsur Hadini yenidən Yəməndə hakimiyyətə gətirmək məqsədilə Yəmənə qarşı ölümcül hava hücumları təşkil edir. Statistikalara əsasən, Səudiyyə Ərəbistanı rejiminin hərbi təcavüzü nəticəsində Yəməndə indiyədək 12 min nəfərdən çox insan həyatını itirib. Onların böyük əksəriyyəti dinc sakinlərdir. Qeyd edək ki, Amerika və bir neçə Avropa ölkəsi, o cümlədən Britaniya Səudiyyə Ərəbistan qüvvələrinə hərbi təlimlər keçmək, məsləhətlər vermək və silah göndərməklə yardımlar edir. / Teqlər : #Aprel ayında yəmənli snayperçilər ölkələrinə təcavüz etmiş 64 səudiyyəli zabit və əsgəri öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə nadir mumiya kolleksiyası itmə təhlükəsi ilə üzləşib FOTO/VİDEO Sərhədsiz Həkimlər təşkilatı Yəməndə vəba epidemiyası xəbərdarlığını etdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'