Atəşkəs yenə pozuldu - Yəməndə

Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd Əlbəxti bildirib ki, Səudiyyə Ərəbistan rejimi atəşkəsi pozmaqda davam edir.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, M Əlbəxti  deyib ki, Yəməndə atəşkəs davamlı olaraq pozulur. Çünki, Səudiyyə  Ərəbistana bağlı qüvvələr atəşkəs müqaviləsinin imzalanmasından öncə, atəşkəs müqaviləsinin onlar üçün heç bir əhəmiyyətinin olmadığını bildiriblər.
 
M.Əlbəxti Küveytdə cərəyan edən sülh danışıqları barədə deyib ki,  Yəməndə atəşkəs icra olunmalıdır. Çünki, etimadın yaradılması üçün atılacaq ən mühüm addımdır. Amma, Yəmənin bəzi məntəqələrində toqquşmalar davam edir və Ərəbistan qırıcıları da davamlı olaraq Yəmənin hava sərhədlərini pozurlar.
 
M.Əlbəxti həmçinin deyib ki, Atəşkəsin bərqərar edilməsindən sonra, ikinci ən önəmli məsələ Yəməndə keçid hökumətinin təşkil edilməsidir.
 
Yəmənin istefada olan dövləti ilə Ənsarullah Hərəkatı və digər partiyalar arasındakı sülh müzakirələri cümə axşamından etibarən BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vold Şeyx Əmədin nəzarəti altında Küveytdə davam edir.
 
Qeyd edək ki, artıq Səudiyyə rejimi 400 gündür ki,  beynəlxalq təşkilatların  sükutu altında öz qərbli müttəfiqlərinin dəstəyi ilə  Yəmənin məzlum xalqına qarşı vəhşicəsinə hücumlarını davam etdirir. Ali Səud rejiminin  təcavüzü nəticəsində yüzlərlə yəmənli ölüb və yaralanıb, minlərlə insan isə evlərindən didərgin düşüb.  /
 
 
 

 

Google+ WhatsApp ok.ru