Yəmən sülh müzakirələri dayandırılıb

Yəmənli qrupların BMT baş katibi nümayəndəsinin nəzarəti altında Küveytdə gedən sülh müzakirələri 24 saat müddətinə dayandırılıb.
 
Maide.Az  beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, danışıqların dayandırılmasına səbəb, atəşkəsin elan olunmasına baxmaayraq, Səudiyyə Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsidir.
 
Bundan öncə Yəmənnin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlamın bildirmişdi ki, razılaşmadan danışmaq yalandan başqa bir şey deyil. "Hazırkı hücumlar nəticəsində müzakirələrin taleyi bundan öncəki danışıqlardan fərqli olmayacaq".
 
Yəməndə atəşkəs BMT-nin nəzarətilə aprelin onundan icra olunur, amma Ərəbistan Yəmənin müxtəlif məntəqələrinə hücum edərək, dəfələrlə atəşkəsi pozub.
 
 

Google+ WhatsApp ok.ru