AXCP-də kadr dəyişikliyi olub

Azərbaycan Xalq Cəbhəsi Partiyasında kadr dəyişikliyi olub. Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Bununla bağlı sərəncamı AXCP sədri Әli Kərimli imzalayıb. 
AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanov AXCP Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, son zamanlar AXCP-dən bir neçə funksioner istefa verib. Onlar arasında partiya sədrinin müavini Əbülfəz Qurbanlı da var. Bir müddət əvvəl Rafiq Daşdəmirovun partiya rəhbərliyinin yürütdüyü siyasətdən narazı olması haqda məlumatlar yayılıb. 

Google+ WhatsApp ok.ru