AXCP funksioneri: `Şakir Abbasov acığa düşərək istefa verib`

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrin müşaviri Şakir Abbasovun istefasına münasibət bildirib.
 
Partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov APA-ya açıqlamasında deyib ki, Ş. Abbasov Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə keçirilən seçkilərdə uduzduğu üçün acıq edərək istefa verib: "Rayon şöbələrində qurultaya hazırlıq üzrə konfranslar keçirilir. Mənə elə gəlir ki, o, səsvermədə uduzduğu üçün istefa verib".
 
Qeyd edək ki, Ş. Abbasov partiyadan narazı olduğu üçün istefa verdiyini deyib.

Google+ WhatsApp ok.ru