İranın Azərbaycandakı səfiri: “Beynəlxalq təşkilatları Qəzzada baş verənlərə biganə qalmamağa çağırırıq”

Rəsmi Tehran Qəzza bölgəsində baş verənlərdən narahatdır və məsələnin beynəlxalq müstəvidə həllini tapmamasına təəssüf edir.
 
Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
 
Səfir qeyd edib ki, İran hökuməti bölgədəki hərbi cinayətlərin tezliklə dayandırılması üçün dünya birliyini biganə qalmamağa çağırır: “İyulun 7-dən bəri İsrail ordusunun Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti uşaq və qadınlar olan 600-ə yaxın dinc sakin həyatını itirib, 3 mindən çox fələstinli yaralanıb. Bu, hərbi cinayətdir. Dinc insanların qətlini dayandırmaq lazımdır”.

Google+ WhatsApp ok.ru