Azərbaycan İranın nüvə proqramına dair danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb 03 Aprel 2015 01:00 Siyasət “Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq” Azərbaycan Xarici İşlər Nazirliyi İranın nüvə proqramına dair danışıqlarda əldə olunan razılığa münasibət bildirib. Maide.az xəbər verir ki, Azərbaycan XİN-in bəyanatında deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır. Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq. Azərbaycan Respublikası BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”. Teqlər : #Azərbaycan İranın nüvə proqramına dair danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək Vurğun Əyyub: `Deputatlığa namizədliklə bağlı heç bir yerə müraciət etməmişəm, belə fikrim də yoxdur`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video