Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək 02 Aprel 2015 01:00 Siyasət Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuranın aprelin 5-də keçirəcəyi mitinqə qatılmayacaq. Müsavatın Divan üzvü Osman Kazımov APA-ya açıqlamasında partiyanın Milli Şuranın mitinqində iştirakla bağlı qərar vermədiyini bildirib. O qeyd edib ki, mitinqdə Müsavat üzvləri fərdi şəkildə qatıla bilərlər: “Bu məsələ partiya üzvlərinin öz ixtiyarına buraxılıb”. KXCP sədrinin müavini Xəzər Teyyublu da APA-ya açıqlamasında mitinqə qatılmayacaqlarını deyib: “Milli Şura mitinqlə bağlı KXCP-yə müraciət etməyib. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb”. Qeyd edək ki, Milli Şura aprelin 5-də keçmiş “Məhsul” stadionunda qiymət artımına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək. Teqlər : #Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 5-də mitinq keçirməsinə razılıq verib Azərbaycan İranın nüvə proqramına dair danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video