BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə narkotik ticarəti ilə məşğul olurlar

BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə narkotik ticarəti ilə məşğul olurlar

Yəmənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Əbdülxaliq Əlacri Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını tənqid edib.

 
O, açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Yəməndə narkotik ticarəti ilə məşğul olurlar.
 
"Onlar son 5 il ərzində çoxlu miqdarda narkotik maddəni Yəmənə daxil edə biliblər. Onlar Yəməndə narkotik ticarəti həyata keçirirlər", - deyə Əbdülxaliq Əlacri diqqətə çatdırıb.
 
Əbdülxaliq Əlacri qeyd edib ki, keçirilən polis əməliyyatları nəticəsində yüzlərlə kq narkotik maddə ələ keçib və aiddiyyatı üzrə zərərsizləşdirilib.
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews/
 

Google+ WhatsApp ok.ru