Səudiyyə Ərəbistanı Yəmənin iki əyalətinə 38 hava zərbəsi endirib 09 İyul 2020 09:39 Yəmən Səudiyyə Ərəbistanın hərbi koalisiyası ötən sutka ərzində təkcə əl-Couf və Mərib əyalətlərinə 38 hava zərbəsi endirib. Maide.Az xəbər verir ki, bu barədə Yəmənin “Səba” informasiya agentliyinə istinadla xəbər verir. Bildirilib ki, Yəmənin Mərib əyalətinin Məczər, Sirvah, Mahiliyyə və əl-Əbdiyyə rayonlarına ümmilikdə 34 hava zərbəsi, əl-Couf əyalətinə isə 4 hava zərbəsi endirilib. Hava zərbələrinin xüsusi və ümumi əmlaka ciddi ziyanlar vurduğu deyilir. Eyni zamanda husilər də cavab olaraq Səudiyyə Ərəbistanın sərhəd bölgəsi Nəcran istiqamətdə əməliyyat həyata keçirdiklərini bildiriblər. Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. Teqlər : #Səudiyyə Ərəbistanı,#Yəmən,#bombaladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə narkotik ticarəti ilə məşğul olurlar Beynəlxalq Amnistiya Britaniyanın Səudiyyə rejiminə silah satışına etiraz edir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'