BMT: Yəməndəki can itkilərinin çoxuna koalisiya qüvvələri səbəb oldu

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Üzrə Ali Komissarlığı sözçüsü Rupert Colville, "Yəməndəki toqquşmalarda həyatını itirən 7 min 888 nəfərin üçdə ikisi koalisiya qüvvələrinin hava hücumları nəticəsində öldü", - deyib.
 
Maide.az xəbər verir ki, BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında danışan Colville, 26 martdan bu yana baş verən toqquşmalarda həyatını itirən mülki vətəndaşların sayının 2 min 615- çatdığını söyləyib.
 
Colville toqquşmalarda indiyədək həyatını itirən 7 min 888 nəfərin üçdə birinin Husilərin hücumları və üçdə ikisinin də koalisiya qüvvələrinin hava hücumları nəticəsində öldüyünü söyləyib.
 
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının sözçüsü Adrian Eduard isə ölkə içində qaçqın olanların sayının may ayından bu yana 4 dəfə artaraq, 2,3 milyona çatdığını bildirib.
 
Yəmənin fərari hökuməti ilə Ənsarullah Hərəkatı (Husilər) arasında ayın sonunda Cenevrədə başlaması planlaşdırılan sülh danışıqlarının fikir ayrılıqları səbəbindən təxirə salındığı açıqlanmışdı.

Google+ WhatsApp ok.ru