Səud rejimi indi də Yəməndə həkimləri bombaladı

Sərhədsiz Həkimlər Təşkilatının bildirdiyinə görə, Səudiyyə Ərəbistanının başçılığı ilə keçən gecə Yəmən paytaxtına edilən çox sayda hava hücumları nəticəsində təşkilatın obyektinə zərər dəyib .
 
Maide.az-ın məlumatına görə, Twitter vasitəsilə açıqlanan məlumatda deyilir ki, bombardman zamanı xəstələr və tibbi heyət təşkilatın Sənadakı bölməsində içəridə olub. Fransızca MSF kimi tanınan qrup tələfat barədə məlumat verməyib.
 
Bu ayın əvvəli Birləşmiş Ştatların Əfqanıstanın Qunduz şəhərində həyata keçirdiyi hava hücumları zamanı MSF xəstəxanasına düşən bomba 30 nəfərin ölümünə səbəb olmuşdu. Beynəlxalq Komissiya hücumla bağlı təhqiqat aparır.

Google+ WhatsApp ok.ru