Brent markalı neftin qiyməti 62 dolları keçdi

Dünya birjalarında Brent markalı neftin qiyməti 62 dolları keçib.
 
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1.2 dollar bahalaşaraq 1 barelə görə 54.07 dollar təşkil edib.
 
Maide.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.9 dollar bahalaşaraq 62.30 dollar olub.

Google+ WhatsApp ok.ru