Deputatlığa namizədlərin sayı 114 nəfərə çatıb 23 Sentyabr 2015 01:00 Siyasət Bu günə qədər Milli Məclisə seçkilərlə əlaqədar 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib. Bunlardan 543 nəfərin namizədliyi siyasi partiyalar, 57 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 680 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 1027 nəfərin namizədliyi təsdiq olunub. Namizədliyi təsdiq olunanlardan 270 nəfərə imza vərəqələri qaytarılıb, 114 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. İndiyə qədər MSK-da 102 müşahidəçi qeydə alınıb. Onlardan 91 öz təşəbbüsü, 10 nəfər QHT təşəbbüsü, 1 nəfər xüsusi icazə əsasında müşahidəçi kimi qeydə alınıb. Teqlər : #Deputatlığa namizədlərin sayı 114 nəfərə çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Məclisə seçkilərlə əlaqədar 5344431 seçki bülleteni dərc ediləcək AŞPA missiyası bütün seçki iştirakçıları üçün bərabər şəraiti təmin etməyə çağırıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video