Milli Məclisə seçkilərlə əlaqədar 5344431 seçki bülleteni dərc ediləcək

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında noyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 35 gün qalmış seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiqlənməlidir.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Milli Məclisə seçkilərlə bağlı Milli Məclisin mətbəəsində 5 milyon 344 min 431 seçki bülleteni dərc ediləcək.

Google+ WhatsApp ok.ru