Elçin Quliyev və Əli Abbasov İrana səfər edəcək 18 Fevral 2015 02:00 Siyasət Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev fevralın 23-də İran İslam Respublikasına səfər edəcək. İranın Azərbaycandakı Səfirliyindən Maide.az-a verilən məlumata görə, səfər İran Sərhəd Qoşunları Komandanlığının dəvəti ilə reallaşacaq. Səfər çərçivəsində iki ölkə arasında sərhəd məsələlərində əməkdaşlıq müzakirə olunacaq. Səfirlikdən həmçinin bildirilib ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qoşulmama hərəkatı ölkələrinin rabitə nazirlərinin Tehranda keçiriləcək sammitində iştirak etmək üçün fevralın 22-də İrana səfər edəcək. Teqlər : #Elçin Quliyev və Əli Abbasov İrana səfər edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Rusiya bu gün Dağlıq Qarabağ münaqişəsinin həllini öz çıxarlarına bağlayıb` Uorlik: `Sülh sazişinin imzalanacağı gün bütün regiona sülh gələcək`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video