Həmsədrlər ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişi barədə məlumatlandıracaqlar

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanaya yollanıb.
 
Bu barədə diplomatın “Tvitter” səhifəsində yerləşdirilən məlumatda bildirilir.
 
C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır.
 
“Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, - deyə o vurğulayıb.
 
Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.

Google+ WhatsApp ok.ru