Hava zərbələrindən sonra uçqunlar altından çıxarılan yəmənli körpələr

Hava zərbələrindən sonra uçqunlar altından çıxarılan yəmənli körpələr

 
Səudiyyə Ərəbistanın hava zərbələrindən sonra dağıntılar və uçqunlar altından çıxarılan yəmənli körpələr
 
"əl-Məyadin"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin Səda əyalətində Səhar rayonuna hava zərbələri endirdikdən sonra onlarla insan uçqunlar altında qalıb. Uçqunlar altından həlak olmuş 12 uşaq və qadının parçalanmış cəsədləri çıxarılıb.
 
Təcili tibbi yardımın əraziyə gəlməsi zamanı daha bir hava zərbəsi endirilib və yardımçılardan bir neçəsi həlak olub.
 
Hava zərbələri Səna əyalətinin rayonlarına da endirilib.
 
Qeyd edək ki, Səudiyyə və koalisiyası ötən ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçiblər. (islaminsesi) /

Google+ WhatsApp ok.ru