Yəmən  İrandan yardım istədi

Yəmən İrandan yardım istədi

Yəmən Nümayəndələr Palatasının Sədri, Səudiyyə Ərəbistanə rejiminin hücumlarını dayandırmaq və bu ölkəyə qarşı embarqonun qaldırılması üçün İran İslam Respublikasından rəsmi yardım istəyib.
 
Maide.Az İran mediasına istinadən xəbər verir ki, Yəmən Parlamentinin Sədri Yəhya Əli Ər-Rai İran parlamentinin sədri Əli Laricaniyə göndərdiyi məktubda, Ənsarullah hərəkatının iştirakı ilə Yüksək Siyasi Şuranın yaradılması və düşmənlərin hücumlarına qarşı Yəmən konstitusiyası çərçivəsində mübarizə aparılması məqsədilə keçirilən geniş xalq konfransına toxunub və bildirib ki, bəzi Ərəb və beynəlxalq ölkələr öz maraqları çərçivəsində çalışır və Yəmən məclisinin qanuniliyini sual altına alır.
 
Məktubda Ər-Rai, həmçinin düşmənlərin ictimai diqqəti bu ölkədən yayındırmağı çalışdını vurğulayıb: "Səudiyyəli təcavüzkarlar və onların müttəfiqləri dinc sakinləri, qadın və uşaqları öldürür, infrastruktur obyektlərini məhv edir və xalqı genişmiqyaslı ekoloji fəlakətlə üz-üzə qoyur".
 
 

Google+ WhatsApp ok.ru