Hüquq müdafiəçiləri Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadəni tənqid etdilər

İnsan hüquqları fəalları bildirirlər ki, Səudiyyə rejimi günahsız Yəmən xalqına qarşı endirdiyi hava zərbələri zamanı beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edib.
 
Maide.az  xəbər verir ki, bir qrup Hüquq müdafiəçisi Yəmənin paytaxtı Sənada keçirilən mətbuat konfransında qeyd ediblər ki, Ərəbistan rejiminin Yəmən hücumu zamanı istifadə etdiyi silahlardan biri də uzunmüddətli zərərli təsirləri olan kaset bombalardır.
 
Onların bildirdiyinə görə, Səudiyyə rejiminə məxsus qırıcılar bu bombaları əhalinin sıx yaşadığı  Səna, Mərəb, Səde və Hədide əyalətlərində atıblar.
 
Beynəlxalq hüquq müdafiə təşkilatları daha əvvəl də Ərəbistanı Yəmən xalqına qarşı kaset bombalardan istifadə etməkdə ittiham edərək Səud rejimini 2008-ci ildə əldə olunun kaset bombalardan istifadənin qadağan edilməsi haqqında Sazişə qoşulmağa çağırıb.
 
Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı hava hücumları nəticəsində minlərlə insan qanına qəltan edilib. /

Google+ WhatsApp ok.ru