Səud rejiminin törətdiyi ən son cinayətdə 17 Yəmən vətəndaşı həlak olub

Ərəbistan rejiminə aid qırıcılar törətdikləri son cinayətdə ən azı 17 Yəmən vətəndaşının, o cümlədən bir ailənin bütün üzvlərini şəhid ediblər.
 
Maide.az xəbər verir ki, Yəmənin şimalında Məcəz bölgəsinin Əl-Məğsəl rayonunda Səudiyyə rejimi ordusunun hava hücumu nəticəsində əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğu yəmənli qaçqın bir ailənin 10 üzvü həyatlarını itirib.
 
Ərəbistan döyüş təyyarələrinin Səde vilayətində Əl-Nəzir Əl-Əzd rayonlarına endirdiyi aviazərbələr isə 7 dinc sakinin ölümünə səbəb olub.
 
Bu arada, Yəmən ordusu ilə Xalq Komitələri qüvvələrinin apardığı əməliyyat nəticəsində Reyme vilayətinin Əl-Səlfiye rayonunda silah anbarı aşkar edilib. /

Google+ WhatsApp ok.ru