Human Rights Watch: Səudiyyə Ərəbistan beynəlxalq qanunları pozur

“Human Rights Watch” beynəlxalq insan haqlarını müdafiə təşkilatı son hesabatında Səudiyyə Ərəbistanın Yəməndə  cinayətlər törtədiyini, beynəlxalq  qanunları pozduğunu  və  Amerika  ilə  Britaniyanın bu rejimə silahsatdığını açıqlayıb. 
 
Maide.azxəbər verir ki, “Human Rights Watch” beynəlxalq insan haqlarını müdafiə təşkilatının  “Amerika  bombaları  Yəmən əleyhinə” adlı yayımladığı hesabatında  bildirilir ki, Amerika və İngiltərənin  Səudiyyə Ərəbistanın  Yəmənə  qarşı təcavüzündə rolu var.
 
Hesabatda bildirlir:  “Belçikanın paytaxtı Brüsseldə baş verən  terror  hadisəsindən bir həftə öncə Səudiyyə Ərəbistanın qırıcıları  Yəməndə bir  bazarı bombalamışdı. Həmin hücum nəticəsində 106  nəfər həyatını itirdi,  Brüsseldə isə 36 nəfər öldü.  Yəməndə ölənlərin sayı dəfələrlə çox olsada  dünya mətbuatı  bu hücuma göz yumdu ,həmçinin dünya mətbuatı ötən il ərzində Ərəbistanın  Yəmənə vəhşicəsinə hücumlarına göz yumur. Amma  daha pisi odur ki,Qərb  ölkələri  Səudiyyə Ərəbistanı silah  satmaq və hərbi yardımla dəstəkləyirlər.  Səudiyyə Ərəbistan 2015-ci ildə Amerikadan 20 milyard dollar,  İngiltərədən isə 4  milyard dollar dəyərində silah alıb.”
 
Hesabatda bildirilir ki,  dünyada Ərəbistandan sonra  ikinci  silah idxalçısı BƏƏ-dir ki, bu  ölkə Yəmənə təcavüzdə  Səudiyyə Ərəbistanın şərikidir.”Səudiyyə Ərəbistan dinc sakinlərə hücum  edir, hücumlarında  qadağan olunmuş silahlardan istifadə edir. Hava  hücumları zamanı  məktəb, xəstəxana ,bazar və evlərə hücumlar  edir ki,  bu da  dinc  sakinlərin ölümünə səbəb olur." /
 

Google+ WhatsApp ok.ru