Husi: Səud rejimi İsrailin Məscid-ul Əqsada törədiyi cinayətlərdə ortaqdır

"Ənsarullah" hərəkatının lideri Əbdülməlik Husi  Səudiyyə rejiminin Həcc mövsümündən və Məkkənin şərəfindən sui-istifadə etdiyini qeyd edərək, bildirib ki, Ərəbistan rejimi İsrail və ABŞ-ın əlində bir oyuncaq kimi tüğyan etməkdədir.
Maide.az xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik Husi çərşənbə günü peyk vasitəsilə yayımlanan “Əl-Məsirəh” telekanalında çıxışında bildirib ki, bu gün Səud rejimi daha böyük sərvət əldə etmək üçün Allahın evindən, Həccdən və Ümrədən sui-istifadə edir, lakin güya bu müqəddəs məkana xidmət etdiyini göstərməyə çalışır.
Ə. Husi qeyd edib ki,  ABŞ və İsrail bütün gücü ilə İslam dinini təhrif etmək və doğru yolundan sapmasına can atır və təkfirçi qruplar İslamı biabır etməklə məşğuldurlar.
Yəmənin Ənsarullah hərəkatının lideri ABŞ-ı, İsraili və Səud rejimini bəşəriyyət üçün mikrob adlandıraraq bildirib ki, Səudiyyə rejimi İsrailin Məscid-ul Əqsada törətdiyi cinayətlərdə ortaqdır. /
 

Google+ WhatsApp ok.ru