Keçmiş məmurlara həbs təhlükəsi

Bir neçə il ərzində vəzifədən çıxarılanlarla bağlı araşdırmalara başlanılıb

Yaxın bir neçə ildə tutduğu vəzifədən azad edilən məmurları həbs təhlükəsi gözləyir. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq həmin sabiqlərlə bağlı araşdırmalar başlayıb. Araşdırmalar onların vəzifədə olduqları müddətdə gördüyü işləri, ölkə daxilində və xaricinidəki əmlaklarını, yaxın qohumlarının fəaliyyətini əhatə edəcək.
Onlarla bağlı belə bir qərarın verilməsinin səbəbi dəqiq bəlli deyil. Lakin bəzi ehtimallara görə bu araşdırmalar yaranmış maliyyə böhranı ilə bağlıdır. “Ehtimal olunur ki, hakimiyyət Beynəlxalq Bankdan kredit götürən sahibkarlar kimi keçmiş məmurların da pullarını almaq və bununla böhranın vurduğu zərbələri az da olsa aradan qaldırmaq istəyir”, - deyə hakimiyyətdəki mənbə bildirib.
Məlumatda bildirilir ki, prosesə parlament seçkiləri ərəfəsində start verilə bilər. Bu dalğada hazırda indik məmurlardan da bəziləri hədəfə gələ bilər. Yəni, onlar əvvəlcə işdən çıxarıla, daha sonra isə həbs olunaraq var-dövlətlərindən imtina etməyə məcbur edilə bilərlər.

Google+ WhatsApp ok.ru