Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu

Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu

Bir ailədən 5 nəfər həyatını itirdi

Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.   

Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub. 

"Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib. 

 Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru