Yəmən: `Bütün qırmızı xətləri keçərək Səudiyyənin dərinliklərini vurarıq` 23 Sentyabr 2019 09:44 Yəmən Yəmənin Ənsarullah Hərəkatının rəhbəri Əbdul Malik Bədrəddin Əl-Husi Yəmən xalqının 21 sentyabr şənbə gecəsi inqilabının beşinci ildönümü münasibətilə çıxış edib. Maide.Az "FaktXəbər"a istinadla xəbər verir ki, o bildirib ki, Səudiyyə rəhbərliyindəki koalisiyanın Yəməni blokadaya alması, bombardmanları dayanmasa, Yəmən Ordusu və xalq komitələri bütün qırmızı xətləri tapdalayaraq Səudiyyə Ərəbistanının dərinliklərini vuracaqlar: "Səudiyyə Ərəbistanı hərbi təcavüzkarlığını, hava hücumunu və Yəmən blokadasını dayandırarsa, Yəmən ordusu dron hücumlarını və Səudiyyə Ərəbistanı hədəf alan raket hücumlarını dayandıraraq cavab verəcək." Xatırladaq ki, 14 sentyabrda Yəmən Səudiyyənin "Aramco" neft müəssisələrinə 10 ədəd dronla hücum edərək zavodun işinin 50%-ni dayandırıb. Teqlər : #Yəmən:,#`Bütün,#qırmızı,#xətləri,#keçərək,#Səudiyyənin,#dərinliklərini,#vurarıq`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayır Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'