Ölkəsinə xəyanət edən Yəmənin sabiq prezidenti Mənsur Hadi Səudiyyədәn qovuldu?

Səudiyyə rejimi ölkədə sığınacaq verdiyi Yəmənin istefa verərək qaçmış sabiq prezidenti Abdur-Rabbu Mənsur Hadini artıq bu ölkə ərazisini tərk etməli olduğunu bildirib.
 
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, YemenNews-un xəbərinə əsasən, Səudiyyə rəsmiləri ölkə xərclərini azaltmaq üçün bir ildir bu ölkə otellərində yerləşdirdiyi Yəmənin sabiq rəhbərlərini deportasiya etmə qərarını verib.
 
Xəbərdə Səudiyyə rejiminin yüksək vəzifəli rəsmilərindən birinin Yəmənin istefa verərək qaçmış sabiq prezidenti Hadilə döyüş gəmisinin göyərtəsindəki görüşündə Yəmən müharibəsinin vəziyyətdən narahatçılığını dilə gətirdiyi qeyd olunub. Həmin Səudiyyə rəsmisinin Hadinin və digər Yəmən rəsmilərindən Ər-Riyadı tərk edərək, Ədən və ya istədiyi hər hansı bir regiona getmələrini tələb etdiyi vurğulanıb.
 
Bir müddət əvvəl yaralı əsgərlərdən bir qrupu, Səudiyyə rəsmilərinin onlara laqeyd qaldıqlarını Hadiyә bildirmişdi. Onlar müalicələrinin aparılmaması ilә bağlı etiraz etdiklərinә görә, Səudiyyə Ərəbistanından deportasiya edilərək, bir avtobusla Yəmənə göndərilmişdilər./
 

Google+ WhatsApp ok.ru