Hansı ölkələr təcavüzkar Səudiyyə Ərəbistanın Yəmənə hava hücumlarının əməliyyat otağını idarə edir?

ABŞ və İngiltərə təcavüzkar Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumlarını əməliyyat otağından idarə edir. 
Maide.az xəbər verir ki, Guardian qəzeti yazır ki, Səudiyyə Ərəbistanın Yəmənə hava hücumlarını idarə etmək üçün təşkil olunan əməliyyat otağını ABŞ və İngiltərə ordularının zabitləri idarə edir.
Guardian yazıb: İngiltərənin bir çox hüquq mərkəzi bu ölkə hökumətini Yəmənə təcavüzdə Ərəbistanla birbaşa əlbir olmağı gizlətdiyinə görə tənqid atəşinə tutur.
Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr də amerikalı və ingilis həmkarları ilə Londonda görüşdə etiraf edib ki, Ər-Riyad ingilis və amerikalı zabitlərdən Yəməndə hava əməliyyatlarını idarəetməsində istifadə edir.
Guardian Reprieve hüquq müəssisəsinin eksperti Cennifer Gibsona istinadən yazır ki, İngilis hərbçilərin Yəməndə sivillərə hücumda əməkdaşlığı doğrudan da narahatedicidir, çünki toy məclisləri də bombardman edilir.
Guardian əlavə edib: İngiltərə hökuməti Yəmənə hücumda Ərəbistanla əməkdaşlıq edən inilis hərbçilərin dəqiq sayını elan etməyib.
Qeyd edək ki, Yəmən Hüquq və İnkişaf Qanuni Mərkəzi  hesabat yayımlayıb və elan edib ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrin  bu ölkəyə hücumlarının başlandığı gündən dekabr ayınadək Yəməndə 7 min 441 nəfər öldürlüb, onlardan 1725-i az yaşlı uşaqlardır. Bu hücumlar nəticəsində 13 min 846 nəfər isə yaralanıb. 
Yəməndə Hüquq və İnkişaf Qanuni Mərkəzi yəmənli didərginlərin sayını 900 min nəfərdən çox olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru