Məhəmməd Əli Əl-Husi: ‘İşğalçı qüvvələr Yəməndən çıxmalıdır’

Məhəmməd Əli Əl-Husi: ‘İşğalçı qüvvələr Yəməndən çıxmalıdır’

Yəmənin İnqilabi Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Yəmənin Ədən vilayəti daxil olmaqla bu ölkənin cənubunda baş verən qarşıdurmalara reaksiya verib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Twitter üzərindən verdiyi açıqlamasında, bunları qeyd edib: “İşğal altındakı vlayətlər işğalçı ölkələrin bu vilayətlərdən çıxmadığı müddətəcən azad olmaz”.
 
Avqustun 7-də  səhər saatlarında Əl-Cela Qərargahına keçən həftə reallaşdırılan hücumda həyatını itirənlər üçün təşkil olunan cənazə mərasimindən sonra, Ədəndəki prezident sarayı yaxınlığında prezident qvardiyasının qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Hizam Əl-Əmni qüvvələri arasında silahlı qarşıdurma baş vermişdi.
 
 
 

Google+ WhatsApp ok.ru