OXFAM: ‘Yəməndə son bir ildə 335 uşaq həyatını itirib’ 08 Avqust 2019 12:10 Yəmən OXFAM beynəlxalq yardım təşkilatı Yəməndə son bir ildə (9 avqust 2018-ci ildən etibarən) hava hücumları, minalar və hücumlar səbəbiylə 335 uşağın öldüyünü qeyd edib. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, OXFAM-ın Yəmən direktoru Muhsin Siddiqi Facebook üzərindən verdiyi açıqlamasında, son bir ildə demək olar hər gün bir uşağın öldüyünü bildirib. Yəməndə aclıq və xəstəliklə yanaşı, zorakılıq hadisələrinin vətəndaşların həyatını təhdid etməyi davam etdirdiyini yazan Siddiqi, daha çox insanın ölməməsi üçün ölkənin hamısında təcili olaraq atəşkəsin təmin edilməli olduğunu vurğulayıb. Bu arada, əldə olunan digər bir xəbərə görə, Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Yusuf Əl-Hazıri Yəmənə qarşı Səudiyyə rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiyanın hücumlarından etibarən ən azı 42 min yəmənlinin müalicələrinin başqa ölkələrdə edilməməsinə görə öldüyünü bildirib. “350 mindən çox yəmənli xəstə müalicə almaq üçün xaricə getməlidir, lakin Səna hava limanı blokada altına olduğu üçün gedə bilmirlər”, - deyə Yusuf Əl-Hazıri bildirib. Teqlər : #OXFAM:,#‘Yəməndə,#son,#bir,#ildə,#335,#uşaq,#həyatını,#itirib’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən ordusundan Səudiyyə rejiminin koalisiyasına güclü zərbə Məhəmməd Əli Əl-Husi: ‘İşğalçı qüvvələr Yəməndən çıxmalıdır’
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'