Müharibə alovu Səudiyyə Ərəbistanının da ayağını tutdu

Maide.az-ın məlumatına görə, Yəmənin şimalında yerləşən Əl-Həccə vilayətinin Bəkil Əlmir qəbilələrinə mənsub qüvvələr Səudiyyə Ərəbistanının Yəmənlə həmsərhəd bölgələrinə daxil olaraq Cizan vilayətində 4 hərbi bazanı ələ keçiriblər. Bu əməliyyat nəticəsində bir neçə səudiyyəli hərbçi ölüb və yaralanıb.
 
Yəmən qaynaqları bildirblər ki, yəmənli qəbilələrin qüvvələri sözügedən bölgədə yerləşən səudiyyəli qüvvələri geri oturdublar və onların hərbi bazalar arasındakı əlaqə yolları yaratmaq üçün istifadə etməkdə olduqları 2 ədəd bolduzeri məhv ediblər.
 
Bu hadisələrin ardınca Ali-Səud rəsmiləri Yəmən sərhədlərində yerləşən bölgələrdə məktəblərin fəaliyyətini və cənub bölgələrə bütün uçuşları dayandırıblar. Səudiyyə Ərəbistanı televiziyası Yəməndən bu ölkənin cəbun məntəqələrinin raketlə hədəfə alındığını bildirib.
 
Digər səudiyyəli medialar isə Nəcranın 6 raketlə hədəfə alınmasından xəbər veriblər. Bu raket hücumlarında bəzi dövlət binaları xəsarət alıb.

Google+ WhatsApp ok.ru