Səudiyyə Yəmənin bombalanmasında yeni bombalardan istifadə edib

Maide.az-ın məlumatına görə, Səudiyyə qırıcıları bu gün Həccə vilayətindəki Midi şəhərinin bombalayıblar. Yerli mənbələr "İbb Press" xəbər portalına bildiriblər ki, bu şəhər naməlum bir hərbi gəmi tərəfindən beş raketlə hədəfə alınıb. Eyni zamanda Səudiyyə qırıcıları ilk dəfə olaraq, işıq saçan bombalardan istifadə ediblər ki, Ənsarullahın qərargahlarını aşkar etsinlər. Bu bombalar partlayışdan sonra güclü işıqsaçma qabiliyyəti ilə infraqırmızı radarları sıradan çıxara bilir.

Google+ WhatsApp ok.ru