Milli Məclisin deputatları Almaniyada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər 07 İyul 2014 01:00 Siyasət Milli Məclisin deputatları Almaniyaya səfərə gedib. Milli Məclisdən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rövşən Rzayev Avropa Geosiyasi Forumunun Berlində keçirilən "Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi" adlı konfransında iştirak etmək üçün Almaniyaya səfərə gediblər. İyulun 7-9 tarixlərində keçiriləcək toplantıda "Cənubi Qafqazda nələr ola bilər?", "Dağlıq Qarabağ kontekstində sülh quruculuğu vasitəsi kimi iqdisadi təşəbbüslərin tətbiqi" mövzusunda müzakirələr aparılacaq. Qeyd edək ki, Avropa Geosiyasi Forumu 2010-cu ilin əvvələrində təsis edilib. Qurumun məqsədi Avropa geosiyasi məkanında qərarların müəyyənləşdirmək və qiymətləndirməkdir. Teqlər : #Milli Məclisin deputatları Almaniyada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağ Azadlıq Təşkilatı Gürcüstan parlamentinin sədrinə məktub göndərib Səfir Aqşin Mehdiyev: “Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu” (VİDEO)
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video