Səfir Aqşin Mehdiyev: “Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu” (VİDEO) 07 İyul 2014 01:00 Siyasət "Diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi çox əlamətdar görüş oldu. Azərbaycan Prezidenti xarici siyasətimizin prioritet istiqamətlərini bir daha bəyan etdi. Azərbaycanlı diplomatlar qarşısında mühüm və yeni vəzifələr qoyuldu". Bu eksklüziv açıqlamanı APA TV-yə Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev verib. "Qarşıya qoyulan mühüm tapşırıqlardan biri xarici təşkilatlarla iş aparmaq, o cümlədən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafına nail olmaq idi". Aqşin Mehdiyev Azərbaycanın xarici təşkilatlar qarşısında həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətə də diqqət çəkib. O, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru adlandırıb. Diplomatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. Teqlər : #Səfir Aqşin Mehdiyev: Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu (VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Məclisin deputatları Almaniyada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər Obama Azərbaycana yeni səfir göndərir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video