Mobil telefonların Azərbaycana idxalı azalıb

2014-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycana 88,6 min mobil telefon və başqa naqilsiz rabitə vasitələri gətirilib.
 
"Turan" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu, 2013-cü ildəkindən 6,4% azdır.
 
2012-ci ildə isə bu göstərici 187,5 min ədəd idi.
 
İdxalın azalması onunla bağlı ola bilər ki, ölkədə telefonlar baha olduğu üçün xaricə gedənlər orada daha ucuz qiymətə şəxsi telefon alırlar. Onların idxalı isə gömrük vergisinə cəlb edilmir. Son vaxtlar ucuz brend Çin telefonları diqqəti cəlb edir. Şəxsi istifadə üçün idxal edilən telefonların gömrük uçotu aparılmır.
 
DSK-ya görə, 2014-cü ildə mobil telefon idxalı $5 mln 134,5 min manata başa gəlib, bu, 2013-cü ildəkindən 22,4 % çoxdur.
 
1 yanvar 2015-ci il üçün Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 10 101,9 min nəfər olub. Bu, 2013-cü ildəkindən 3,9% çoxdur. Hər 100 nəfərə 107 (+2) mobil telefon düşür.
 
2014-cü ildə mobil rabitə operatorlarının qazancı 710,5 mln manat olub ki, bu da 2013-cü ildəkindən 6,4% çoxdur. /

Google+ WhatsApp ok.ru