İnflyasiya son 30 ayda ən yüksək həddə çatıb 09 Avqust 2015 01:00 İqtisadiyyat Bu ilin 7 ayında inflyasiya illik hesablamada 3,7% olub. Bu, son 30 ayda ən yüksək istehlak qiymətləri artımıdır. Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq 2014-cü ilin yanvar-mayı ilə müqayisədə 5,8% artıb. Qeyri-ərzaq malları 2,9%, xidmətlər 1,2% bahalanıb. Azərbaycanda mal və xidmət qiymətləri 21 fevral devalvasiyasından sonra kəskin artıb. Bir gün manat alıcılıq qabiliyyətini 34% itirib. Eyni zamanda, hökumət devalvasiya nəticəsində yaranan itkilərini azaltmaq üçün qiymətləri qaldırmaq istəyən şirkətlərə qarşı inzibati tədbirlər görüb. Azərbaycanda bu il 2-3% rəsmi inflyasiya proqnozlaşdırılıb və ilin əvvəlində elan edilən proqnoza yenidən baxılmayıb. Beynəlxalq maliyyə institutları istehlak bazarında vəziyyəti obyektiv qiymətləndirir və 8-10% inflyasiya proqnozlaşdırır. 2013-2014-cü illərdə Azərbaycanda inflyasiya 2,4% və 1,4% olub. contact.az/ Teqlər : #İnflyasiya son 30 ayda ən yüksək həddə çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neft Fondu daşınmaz əmlakda da itirir Mobil telefonların Azərbaycana idxalı azalıb