Müsəlman qadın Rumıniyanın baş naziri ola bilər

Müsəlman qadın Rumıniyanın baş naziri ola bilər

Rumıniyada Sosial-Demokrat Partiyası və Regional və Milli Liberal Partiyası İnkişaf və dövlət idarəçiliyi nazirliyində dövlət katibi işləyən Sevil Şaydexin ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.
 
Prezidentlə məsləhətləşmələrdən sonra Sosial-Demokrat Partiyasının sədri Liviu Draqnea başqa namidəzin olmayacağını bildirib.
 
S.Şaydex 2015-ci ildə SDP-nin hazırkı lideri Liviu Draqnya seçkilərdə yol verilən fırıldaqçılıq ittihamı ilə məhkəmənin hökmünə əsasən istefa verməli olduqdan sonra 6 ay müddətinə nazirliyə rəhbərlik edib. O, Rumıniyada 1989-ci ildən sonra əlini Qurana qoyub and içən birinci naziri olub.
 
Xatırladaq ki, Rumıniyada keçirilən parlament seçkilərinin nəticələrə görə, Sosial-Demokrat Partiyası (PSD) 45,5 faiz səs toplayaraq parlament seçkilərinin qalibi olub. Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz səs toplaya bilib. Rumıniyada Senat və Deputatlar Palatasına keçirilən seçkilərdə 6 min 500 namizəd 466 mandat uğrunda mübarizə aparıb. (azvision) /

Google+ WhatsApp ok.ru