Müsavat Partiyasında vəziyyət bir qədər də qarışdı

Maide.az-ın məlumatına görə, “Müsavatın rəhbərliyində olan şəxslər istefaların qarşısını necə alacaqları barədə düşünməlidirlər”, - deyə APA-ya açıqlama verən Müsavat Məclisinin üzvü, əslən Tovuz rayonundan olan Vurğun Əyyub partiyanın Tovuz rayon təşkilatının tam tərkibdə istefasına münasibət bildirib: “Tovuz rayon təşkilatının tam tərkibdə partiyadan istefasından xəbərsiz idim. Təbii ki, onların bu hərəkətinə təəssüf edirəm. Niyə bu qərara gəliblər, kiminlə məsləhətləşiblər, mənim bununla bağlı məlumatım yoxdur. İstefalar partiyanın rəhbərliyində olan adamları maraqlandırmalıdır ki, bunlar hansı səbəbdən baş verir və onun qarşısını necə almaq olar?..”
 

Google+ WhatsApp ok.ru