Ümumdünya Səhiyyə Təşkilatı: `Son 2 ayda Yəməndə 1000-dən çox insan vəbadan həyatını itirib` 20 İyun 2017 01:00 Yəmən Ümumdünya Səhiyyə Təşkilatı bu gün elan edib ki, 2017-ci ilin aprel ayından indiyədək 1000-dən çox yəmənli vəbadan həyatını itirib. Maide.Az xəbər verir ki, "Sputnik"-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı öz tviter hesabında yazıb ki, aprel ayının 27-dən indiyədək Yəməndə 1146 nəfər vəbanın qurbanı olub. “27 aprel 2017-ci ildən indiyədək ümumilikdə 166 min 976 nəfər vəbaya yoluxmaqda şübhəli şəxs qeydə alınıb. Onlardan 1146 nəfəri həyatını itirib”. Yəmənin Səhiyyə Nazirliyinin rəsmiləri 2016-cı ilin oktyabr ayında bu ölkədə vəba epidemiyasının yayıldığını elan edib. Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Yəmənin müxtəlif bölgələrində 7 milyon 600 min nəfər yaşayır ki, onların vəbaya yoluxma ehtimalı çoxdur. / Teqlər : #Ümumdünya Səhiyyə Təşkilatı: `Son 2 ayda Yəməndə 1000dən çox insan vəbadan həyatını itirib`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin Ərəbistana xəbərdarlığı Səudiyyənin Yəməndə bazara etdiyi amansız hücum: 25 ölü
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'