Neftin qiyməti son 12 ildə ilk dəfə 30 dollardan aşağı olub

Brent markalı neftin 1 barelinin dəyəri 3,2 faiz azalaraq 29,99 dollaradək düşüb

Brent markalı neft 2004-cü ildən bəri ilk dəfə 30 dollardan aşağı düşüb.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 faiz ucuzlaşaraq 30,31 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2 faiz azalaraq 29,99 dollaradək düşüb.

Google+ WhatsApp ok.ru