Obama Azərbaycana yeni səfir göndərir 09 İyul 2014 01:00 Siyasət İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Sekutanın namizədliyini irəli sürmək niyyətindədir. Maide.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Sekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır. Sekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır. Teqlər : #Obama Azərbaycana yeni səfir göndərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səfir Aqşin Mehdiyev: “Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu” (VİDEO) NATO Rusiyaya təzyiqi artırır
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video