Pakistan parlamenti Ərəbistanın müraciətinə `yox` dedi

Pakistan ordusu qüvvələrinin Yəmənə təcavüz koalisiyasında iştirak etməsi üzrə Ərəbistanın müraciəti Pakistan parlamenti üzvlərinin müxalifəti ilə üzləşib.
 
Maide.az xəbər verir ki, Pakistan parlamentinin üzvləri Yəmənlə müharibədə Pakistan qüvvələrinin iştirak etməsi üzrə Səudiyyə Ərəbistanının müraciətinin araşdırılması barədə xüsusi iclasda bu müraciətin əleyhinə səs veriblər. 
 
Pakistan parlamentində müxalif nümayəndə Şirin Məzari bildirib: Yəməndə müharibə bizim müharibə deyil. Hökumətə məsləhət görürəm ki, Pakistan ordusu Yəmənə getməsin. Biz müsəlman xalq olaraq hədələr qarşısında müqəddəs məkanları qorumalıyıq və hazırda belə bir hədə yoxdur. 
 
Bu məlumata görə, Pakistan parlamenti bazar ertəsi günü Ərəbistanın Pakistan ordusunun Yəmənə hücuma kömək etməsinə dair müraciətini araşdırmağa başlamışdı və deputatlar bu gün həmin müraciətin əleyhinə səs veriblər.

Google+ WhatsApp ok.ru