Yəmən böhranının həlli üzrə Zərifin 4 maddəlik təklifi

İran xarici işlər naziri Yəmən böhranının həlli üzrə 4 maddəlik plan təqdim edib.
 
Maide.az-ın məlumatına görə, Pakistanda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistan baş nazirinin milli təhlükəsizlik və xarici məsələlər üzrə müşaviri Sərtac Əzizlə görüşdə bildirib ki, İran Yəmən böhranının həlli üzrə 4 maddəlik plan təqdim edib.
 
Zərifin sözlərinə görə, bu 4 maddəlik plan təcili atəşkəs, Yəmən xalqına humantiar yardımların təqdimi, milli danışıqların başlanması və milli koalisiya dövlətinin təşkilinə şamil olur.
 
Zərif bu gün səhər Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. O, dünən Maskata olan bir neçə saatlıq səfərdə də Omanın xarici işlər naziri ilə Yəmənin vəziyyəti barədə danışıb.

Google+ WhatsApp ok.ru