Qırmızı Aypara Cəmiyyətinin dərman yükünü daşıyan gəmi Yəmənə yola düşüb

İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini Məhəmməd Şəhabəddin Məhəmmədi  cəmiyyətin dərman yardımlarını Yəmən xalqına daşıyan bir gəminin yola salınmasını xəbər verib.
Maide.az xəbər verir ki, M. Ş. Məhəmmədi  bazar günü IRNA ilə müsahibəsində deyib ki,  gəmi 106 tonluq dərman və tibbi ləvazimatları Yəmən xalqına daşıyır.
Onun sözlərinə görə, gəmi ötən həftənin sonlarında İranın cənubundakı Şəhid Rəcayi limanından Omanın Sulalə limanına doğru hərəkət edib.
M.Ş.Məhəmmədi  İran gəmisinin Omanın Sulalə limanına gələn həftə çatacağını bildirərək, deyib ki, dərman yükü Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən icarə olunmuş gəmilər vasitəsilə Omanın Sulalə limanından Yəmənə göndəriləcək.
İran bundan öncə də Yəmənin məzlum və mühasirədə olan xalqına qida və dərman yardımları göndərib. /

Google+ WhatsApp ok.ru