Yəmən xalqının acınacaqlı həyat şəraiti

BMT baş katibinin müavini Yəmən xalqının acınacaqlı həyat şəraitindən danışıb.
Maide.az xəbər verir ki, BMT baş katibinin müavini Stefan Duçarik səudiyyəlilərlə müttəfiqlərinin Yəmənə qarşı hücumlarının davam etməsinin bir milyonn 500 min nəfəri didərgin salması və bu ölkə əhalisinin səksən faizini təcili humanitar yardımlara ehtiyaclı olduğunu bildirib və deyib ki, hazırda Yəmən insan faciəsi ilə üzləşib.
Ban Ki Munun müavini və BMT-nin humanitar yardımlar üzrə koordinatoru Stiven Obrayn Təhlükəsizlik Şurasına ünvanladığı hesabatda Yəmənə olmuş son səfərindəki müşahidələri təsirli və hövlnak adlandırıb.
O, indiyədək hava hücumları və döyüşlər nəticəsində həyatını itirmiş və yaralanmış uşaqların sayını min nəfərdən yuxarı elan edib. /

Google+ WhatsApp ok.ru