İqtisadi azadlıqların qənimi –inhisar

İqtisadi azadlıqların qənimi –inhisar

-- Azərbaycanda bir müddətdir ki, biznes yoxlamaları dayandırılıb

«Novoye Vremya» qəzetində «İnhisar-iqtisadi azadlıqlara maneədir» sərlövhəli yazı dərc edilib.
 
Yazının girişində vurğulanır ki, Azərbaycanda bir müddətdir ki, biznes yoxlamaları dayandırılıb:
 
«Azərbaycanda 2021-ci ilə kimi biznes sahələrinin yoxlanmasına moratorium qoyulub. Bu da başa düşülməlidir ki, daimi təzyiq orta və kiçik biznesi bağlanmağa məcbur edərək dövlət xəzinəsinə gələcək gəlirləri azaldır. Biznes azadlığı iqtisadiyyatın uğurlu inkişaf zəmanəti deməkdir, amma bəziləri bununla hesablaşmaq istəmir».
 
Müəllif yazır ki, biznes azadlığına görə Azərbaycan bəzi beynəlxalq reytinqlərdə mövqeyini bir qədər də yaxşılaşdırıb:
 
«Amma biznes yoxlamalarına qadağa heç də iş adamlarının bütün problemlərinin həlli demək deyil. Eyni zamanda vergi qanunvericiliyi yerli biznesin maraqlarına cavab verməlidir, biznesdə azadlıqlar azaldıqca, iqtisadiyyatda kölgəyə çəkilmələr artır».
 
Yazıda iddia olunur ki, ölkə iqtisadiyyatında inhisarın ciddi şəkildə mövcud olması fonunda sahibkarların azadlığından danışmaq özü qeyri-ciddi görünür:
 
«Əgər iqtisadi qaydaları inhisarçılar diktə edəcəksə, hətta biznes yoxlamalarına moratorium qoyulması da mənasız olacaq. Bizdə bu dediyimiz hallar baş verir. Yoxlamalar dayandırılıb, bu yaxşıdır, amma sağlam rəqabət hələ də yoxdur. Bunun günahkarı isə iqtisadiyyatın bütün sahələrini və o cümlədən bazarı özlərinə tabe edən inhisarçı qruplardır. İnhisarçıların fəaliyyəti nəticəsində bazarda qiymətlərin bahalaşması davam edir, buna uyğun olaraq da inflyasiya artır».
 
Müəllif hesab edir ki, Azərbaycanda inhisarçıları yüksəkrütbəli məmurlar himayə edir:
 
«Şübhəsiz ki, iqtisadi azadlıq göstəriciləri məmurların münasibətindən asılıdır. Məmurların tamahkarlığı və korrupsiyaya uğramaları iqtisadi azadlıqları əngəlləyir».(azadliq.org)
 

Google+ WhatsApp ok.ru