Sənaye məhsullarının bəzi növləri üzrə istehsal azalıb

Sənaye məhsullarının bəzi növləri üzrə istehsal azalıb

-- Kərə yağı istehsalı (3137 ton) 10,9% azalıb.

2017-ci ildə bir sıra iri və orta müəssisələrdə natura şəklində sənaye istehsalı azalıb.
 
Bu tendensiyanın ölkədə istehsal və istehlakın ümumi həcmində necə əks olunduğu hələ məlum deyil.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, kiçik sahibkarlıq müəssisələri nəzərə alınmadan balıq məhsulları istehsalı (konservləşdirilmiş məhsullar daxil olmaqla) 460-dan 384 tona azalıb.
 
İl ərzində 11,3 milyon litr meyvə və tərəvəz şirəsi istehsal edilib. Bu, 2016-cı ildəkindən 16,7 faiz azdır. Kərə yağı istehsalı (3137 ton) 10,9% azalıb. Böyük və orta unüyütmə kombinatları əvvəlki ilə nisbətən 100 min ton az un istehsal edib (385 min ton). Şəkər (-46%), xama və krem (-24%), siqaret (-19.1%) və s istehsalı da azalıb. (turan)

Google+ WhatsApp ok.ru