Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan kənarlaşdırılıb. Bu barədə APA-ya M. Muradov özü məlumat verib. O qeyd edib ki, özünün də iştirakı olmadan təmsil olunduğu təşkilatdan çıxarılması haqqında qərar verilib.
 
M. Muradov partiyadan kənarlaşdırılmasının səbəblərini belə izah edib: “Dünən axşam mənim iştirakım olmadan rayon təşkilatının Şurasında qərar qəbul olunub. Qurultaya bir ay qalmış Qubad İbadoğlunun tərəfdarlarına olan təzyiqlər pik həddə çatmışdı. Qurultaydan sonra Arif Hacılının başqanlığını və seçkilərin legitimliyini tanımadım”.
 
M. Muradov bildirib ki, partiyaya qayıtmaq və yeni qurultayın keçirilməsinə nail olmaq üçün mübarizə aparacaq.

Google+ WhatsApp ok.ru