Ştaynmayer: Azərbaycan bizim üçün vacib ölkədir

Ukraynadakı son hadisələr bizi aylarla məşğul etsə də, Dağlıq Qarabağ münaqişəsi də diqqətdən kənarda qalmayıb və biz bu münaqişəyə narahatlıqla baxırıq.
 
Bunu Almaniyanın ölkəmizdə səfərdə olan xarici işlər naziri Frank Valter-Ştaynmayer Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
 
Alman nazirin sözlərinə görə, Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Parisdə keçiriləcək görüşünə böyük ümidlə baxır:
 
“Görüşün donmuş mövqelərin yumşalmasına, prosesin həllinin tapmasına gətirəcəyinə ümid edirik”.
 
Alman nazir çıxışında Avropa İttifaqının Azərbaycanla, eləcə də “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən digər dövlətlərlə münasibətləri gücləndirmək istədiyini də qeyd edib.
 
“Azərbaycan Şərq və Qərb arasında körpü kimi həm strateji baxımdan, həmçinin də enerji baxımından vacib ölkədir. İqtisadi sahədə münasibətlərimiz genişdir. Həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaradır”.

Google+ WhatsApp ok.ru