Rəsmi Dəməşq: “ İŞİD terrorçuları Suriyadan Yəmənə daşınır”

Suriya ordusunun hərbi sözcüsü bildirir ki, Türkiyə, BƏƏ və Qətərə məxsus təyyarələr yüzlərlə təkfirçi İŞİD terroristlərini Suriyadan Yəmənə daşıyıblar.
Maide.az  Presstv-yə istinadən xəbər verir ki, general Əli Məyhub çərşənbə axşamı günü deyib ki, Suriyada İŞİD mövqelərinə Rusiya təyyarələri tərəfindən aviazərbələr endirildikdən sonra Türkiyədən iki təyyarə, BƏƏ-dən bir təyyarə və Qətərdən bir təyyarə qaçmaqda olan 500 İŞİD terrorçusunu Yəmənin Ədən liman şəhərində bir hava limanına daşıyıb.
Suriya ordusunun hərbi sözcüsünun verdiyi məlumata görə, İŞİD terror qruplaşması Rusiya təyyarələri tərəfindən hava hücumlarına məruz qaldıqdan və məcburi geri çəkildikdən sonra, 16 oktyabrda öz üzvlərini Yəmənə göndərib.
Ə.Məyhub əlavə edib ki, “İŞİD ünsürləri Ədən hava limanına daxil olan kimi Səud rejiminin başçılıq etdiyi koalisiya üzvlərinin zabitləri onları üç qrupa bölüb, birinci qrupu Bab əl-Məndəb körfəzinə, ikinci qrupu Mərebə və üçüncü qrupu isə Ərəbistanın iki vilayətinə- Cazan və Əsir bölgələrinə göndəriliblər. Terrorçuların göndərilməsində məqsəd Yəmən ordusu və Xalq Komitələri ilə son döyüşlərdə böyük itkilər verən koalisiya qüvvələrinin quru qoşunlarına birləşməkdir”./
 
 

Google+ WhatsApp ok.ru